Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:30

Ermənistanda əsirlikdə olan azərbaycanlı qaytarılıb


Erməni əsirliyində olan azərbaycanlı Eldar Tağıyev qaytarılıb. Azərbaycanda intihar etmiş erməni kəşfiyyatçısı Sarıbekyan Manvel Mamikonoviçin meyiti isə Ermənistana təhvil verilib.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda belə deyilir.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Manvel Sarıbekyan bu il sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. O, oktyabrın 5-də gecə saat 3-də müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.
XS
SM
MD
LG