Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Ramiz Mehdiyev: «Demokratiyada ikili standartlar qəbulolunmazdır»


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
«Bu gün Azərbaycanın işğal olunmuş torpaqları qanunsuz ərazilərə çevrilib».

Bu barədə noyabrın 4-də Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda BMT İnkişaf Proqramının (İP) İnsan İnkişafı Hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, bu gün bu ərazilərdə qanunsuz silah ticarəti aparılır. Ramiz Mehdiyev qeyd edib ki, dünyada müharibələr vasitəsilə insan haqları kobud şəkildə pozulur.

«BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etməsinə baxmayaraq, Azərbaycan torpaqları hələ də işğal altındadır. Buna son qoymaq lazımdır. Azərbaycanın hakim qüvvələri bu məsələni həll etmək üçün ciddi səy göstərirlər», - o bildirib.

Ramiz Mehdiyevin sözlərinə görə, demokratiyada ikili standartlar qəbulolunmazdır:

«Biz istəmirik ki, Azərbaycanda baş verənlərə, Dağlıq Qarabağ münaqişəsinə kənardan ikili standartlar mövqeyindən yanaşılsın», - o bildirib.

«Dağlıq Qarabağ heç vaxt Ermənistanın ərazisi olmayıb», - Azərbaycan Prezident Administrasiyasının rəhbəri deyib.

Onun sözlərinə görə, bu gün prioritet məsələ məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasını təmin etməkdir:

«Dağlıq Qarabağda güc metodu ilə yaradılmış vəziyyət bütün beynəlxalq hüquq norma və prinsiplərini pozur. Beynəlxalq ictimaiyyət, o cümlədən BMT öz missiyasını yerinə yetirməli, insan haqlarının təmin olunmasına xidmət etməli və Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün səy göstərməlidir». /Trend/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG