Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:41

Dörd turizm şirkətinin lisenziyası alınıb



Bu il Azərbaycanda qanunvericiliyin tələblərini pozduğuna görə 4 turizm şirkətinin lisenziyası ləğv edilib. “APA”-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.

Onun sözlərinə görə, hazırda ölkədə 230-a yaxın turizm şirkəti fəaliyyət göstərir. Onlardan bəzilərinin lisenziya müddəti başa çatıb, amma hələ də yeni lisenziya üçün müraciət etməyiblər”.- nazir bildirib.

Əbülfəz Qarayev onu da əlavə edib ki, bu ilin yay mövsümündə daxili turizmin çəkisi ötən ilin müvafiq dövrünə nisbətən 25% artıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG