Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Seçkini 48 mindən çox müşahidəçi izləyəcək


18 mart Referendumunu izləyən müşahidəçi

18 mart Referendumunu izləyən müşahidəçi

Azərbaycanda Milli Məclisə keçiriləcək seçkiləri 48000 müşahidəçi izləyəcək. APA-nın məlumatına görə, bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycanda 125 dairə üzrə seçkiləri müşahidə etmək üçün MSK-da 3406 nəfərdən artıq müşahidəçi qeydiyyatdan keçib. Dairələr üzrə seçkiləri müşahidə etmək üçün isə 32390 nəfər müşahidəçi qeydə alınıb. Müşahidəçilərin ümumi sayı 48000 nəfərdən artıqdır. MSK sədri prosesi izləyəcək beynəlxalq müşahidəçilərin sayının 1009 olduğunu deyib.

Seçkiləri 48 ölkədən müşahidəçi izləyəcək. 11 xarici KİV nümayəndəsi isə seçkiləri işıqlandırmaq üçün MSK-da qeydiyyatdan keçib.

Qeyd olunub ki, yerli KİV-ə qeydiyyatla bağlı problem olmayacaq. Onlar istədikləri məntəqədə müşahidə apara biləcək.
XS
SM
MD
LG