Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:52

ATƏT Amerikadakı seçkiləri bəyənib




ATƏT-dən olan müşahidəçilər Birləşmiş Ştatlar Konqresinə keçirilən seçkiləri bəyənib, amma onlar bildiriblər ki, Amerikada seçki kampaniyanın maliyyələşdirilməsi sistemində problemlər var.

Vaşinqtonda olan ATƏT-in Parlament Assambleyasının üzvləri bildiriblər ki, ümumxalq səsverməsində ABŞ seçicilərinin iradəsi nümayiş olundu. Amma ATƏT-in nümayəndə heyətinin rəhbəri Joao Soares "The Associated Press"ə seçkiləri "gərgin və çirkli" təsvir edib. O, həmçinin ABŞ seçki kampaniyasının maliyyələşməsini tənqid edib. Onun sözlərinə görə, kampaniyanın maliyyələşməsinin tənzimlənməsi üçün siyasi reklama xərclənən vəsaitin şəffaflığını tələb etmək mümkün deyil.

Seçkinin nəticələrinə görə, Respublikaçılar Nümayəndələr Palatasında üstünlüyü ələ alıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG