Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

Bir saata şəxsiyyət vəsiqəsi veriləcək



Seçki günü hər hansı vətəndaş şəxsiyyətini təsdiq edən sənədini itirərsə, ona 1 saat müddətində yeni şəxsiyyət vəsiqəsi veriləcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov deyib.

Onun sözlərinə görə, seçki kampaniyası dövründə və seçkilər günü qanun pozuntuları ilə əlaqədar alınmış məlumatlar, mediada dərc edilmiş yazılar operativ və obyektiv yoxlanılacaq. Bunun üçün Daxili İşlər Nazirliyində xüsusi qərargah yaradılıb.

S.Gözəlov bildirib ki, əgər əvvəllər hər ay orta hesabla 50-60 min nəfərə şəxsiyyət vəsiqəsi verilirdisə, gücləndirilmiş iş rejimində çalışan pasport xidmətinin əməkdaşları təkcə sentyabr-oktyabr aylarında üst-üstə 326 min nəfəri şəxsiyyəti təsdiq edən sənədlərlə təmin ediblər.

S. Gözəlov deputatlığa namizədlərin və seçkini müşahidə etmək məqsədilə xarici ölkələrdən gəlmiş nümayəndələrin təhlükəsizliklərinin təmin olunması, seçki məntəqələrinin mühafizəsinin təşkili diqqət mərkəzində saxlanıldığını da bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG