Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:42

İdxala 14 sənəd istəməklə Azərbaycan dünya “lider”lərindəndir


Dünya Bankının "Doing Business 2011" hesabatı
Dünya Bankının "Doing Business 2011" hesabatı

İdxal üçün ən çox sənəd tələb olunan ölkələr arasında Azərbaycan dünyada 2-ci yerdədir – 14 sənəd.
Dünya “lideri” Mərkəzi Afrika Respublikasıdır- 17 sənəd.
İdxala tələb olunan sənədlərin azlığında isə Fransa liderdir. Burda ölkəyə mal gətirmək istəyəndən cəmi 2 sənəd tələb olunur.

Bu, Dünya Bankının ölkələr üzrə “Biznes etmək”
adlı yeni hesabatındandır.
Azərbaycan 183 ölkə arasında 54-cü yerdədir.

Azərbaycanın son 4 ildə bu hesabatlarda tutduğu yerlər maraqlıdır. Əvvəlcə Azərbaycan 96-cı yerdə idi, sonra birdən-birə kəskin irəlilədi - 33-cü oldu, sonra yenidən geri getdi - 55-ci oldu.

Ölkəyə verilən qiymət biznes fəaliyyətinin 9 əsas sahəsinə verilən qiymətlərdən yaranır.
Həmin sahələr bunlardır: biznesə başlamaq, tikintiyə icazə, kredit ala bilmək, sərhəddən mal keçirmək,
mülkiyyət hüquqları, investorların qorunması, vergilər, müqavilənin yerinə yetirilməsi və biznesi bağlamaq.

AZƏRBYCAN BİRİNCİ 10-LUQLARDA

Tikintiyə icazəyə tələb olunan prosedurların çoxluğuna görə Azərbaycan dünyada 10-cu yerdədir – 31 prosedur.
Tikintiyə icazə almaq üçün döyülən qapıların azlığında dünya lideri Danimarkadır. Burda icazəyə cəmi 6 prosedur tələb olunur.

176 ölkədə elektrik qovşağına qoşulmağın sadəliyi öyrənilib.
İş adamının keçməli olduğu prosedurların çoxluğuna görə Azərbaycan birinci 10-luğa daxildir.
Bakıda yerli elektrik xəttinə qoşulmaq üçün 9 prosedurdan keçməlisən.

Prosedurların sayının azlığında birinci yerdə olan Almaniyada, Yaponiyada bunların sayı cəmi 3-dür.
Ermənistanda, Nigeriyada 8-dir. Dünya “lideri” Ukraynadır – 11 prosedur.

Azərbaycan məhkəmələri biznes mübahisəsinin həllinə sərf etdikləri günlərin azlığına görə dünyada birinci 10-luqdadırlar.
Azərbaycanda biznes mübahisəsinin məhkəmədə həllinə orta hesabla 237 gün gedir.
Dünya lideri Sinqapurdur-150 gün.

Mülkiyyəti qeydə aldırmaqda çəkilən xərcin azlığına görə, Azərbaycan dünyada 10-cu yerdədir.
Ən bahalı yer isə Suriyadır. Burda mükkiyyəti qeydə aldırmağa onun qiymətinin 27 faizi qədər haqq ödəməlisən.

İŞ ADAMINA FAYDALI MƏLUMAT

Dünya Bankının hesabatına görə, dünyada biznesmenə ən asan kredit verilən ölkə Malayziyadır, ikinci yerdə Honq Konqdur.

İnvestoru ən çox qoruyan ölkə Yeni Zelandiyadır.

Dünyada biznesə ən az vergi Timordadır- 0,2 faiz.

Sənəd sayına görə dünyada ixraca ən asan ölkə Fransadır. Ölkədən mal çıxarandan cəmi 2 sənəd tələb olunur. Ermənistanda 3-dür.

Dünyada biznesə başlamağa ən asan ölkə Yeni Zelandiyadır.

Şirkət açıb, biznesə başlamağa tələb olunan günlərin azlığına görə də Yeni Zelandiya liderdir- orta hesabla buna bir gün gedir.

Günlərin çoxluğuna görə ən çətin ölkə Surinamdır. Burda biznesə başlamağa 694 gün lazımdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG