Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:35

Dağlıq Qarabağ münaqişəsində dönüş ola bilər


ATƏT-in Astana sammiti Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi ola bilər.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda jurnalistlərin suallarına cavab verərkən deyib.

O, Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşünü yüksək qiymətləndirib və yaxın vaxtlarda ermənistanlı həmkarı Edvard Nalbandyanla bir araya gələcyini vurğulayıb.

Amma E. Məmmədyarov bu görüşdə hansı məsələlərin müzakirə olunacağına aydınlıq gətirməyib.

Astana sammitinin Dağlıq Qarabağ probleminin həllində dönüş nöqtəsi ola biləcəyini deyən E. Məmmədyarov müəyyən olunacaq “yol xəritəsi”nin Qafqaza uzunmüddətli və davamlı sülh gətirəcəyini vurğulayıb.
Sammit dekabrın 1-2-də keçiriləcək.
XS
SM
MD
LG