Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:59

Alma” qəzetinin nəşrinin dayandırılmasını tələb edilir


Azərbaycan İslam Partiyası “Alma” qəzetinin 31 oktyabr sayında Məhəmməd peyğəmbər və Həzrəti Əli barədə dərc edilən yazılara etiraz əlaməti olaraq, qəzetin nəşrinin dayandırılmasını və yazı müəlliflərinin (Tural Qurbanlı, Fəxrədddin Hacıbəyli) hüquq-mühafizə orqanları qarşısında cavabdehliyini tələb edir. Partiyanın “Turan”a daxil olan məlmatına görə, bununla bağlı Mətbuat Şurasına müraciət edilib.

Müraciətdə qeyd olunub ki, qəzetdə İslam dininə qarşı ciddi təhqirlərə yol verilib. Buna görə də rəsmi orqanlar qarşısında məsələ qaldırılması tələb olunur.

İslam partiyası hesab edir ki, belə yazılar mətbuat haqqında, istərsə də dini etiqad azadlığı haqqında qanunu kobudcasına pozur, eyni zamanda, inanclı insanların heysiyyatına toxunmaqla, onların konstitutsion hüquqlarını pozur.

Söhbət islamçıların peyğəmbər üçün təhqir hesab etdikləri karikatura və materialın dərc edilməsindən gedir.

“Alma” qəzeti növbəti nömrədə artıq bununla bağlı üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG