Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Nəsimi rayonunda yanğın olub


Noyabrın 3-də saat 13:50 radələrində Bakının Nəsimi rayonu ərazisində yanğın olub. Rayon Yanğından Mühafizə İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə Cəlil Məmmədquluzadə küçəsi 15 ünvanında, Özbəkistan səfirliyinin ərazisində baş verib. Səfirliyin ərazisindəki 50 kvadratmetr ərazidə ağaclar və kol-kos yanıb. Daha sonra yanğının miqyası artaraq yolun kənarındakı reklam lövhələrinə keçib.

Hadisə yerinə gələn yanğınsöndürənlər 20 dəqiqə sonra alovu tamamilə ram edib.

Yanğının səbəbləri hələlik məlum deyil. Hadisənin qəsdən törədilməsi və ya digər səbəbdən baş verməsi ehtimalları araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG