Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:39

“AXCP-Müsavat” blokunun deputatlığa namizədi namizədliyini geri götürüb


“AXCP-Müsavat” blokunun 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədi İlyas Abdullayev namizədliyini geri götürüb. O, bunu noyabrın 2-də Naxçıvan şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

İlyas Abdullayev AzadlıqRadiosuna deyib ki, seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən izlənilməməsinə görə bu addımı atmaq məcburiyyətində qalıb:

“Əgər mən seçkini udsam bunu necə sübut edəcəyəm? Bizim blokun da müşahidəçilərini qeydə almadılar. Bircə səlahiyyətli nümayəndəm var”.

İ.Abdullayev imza topladığı gündən ona və qohumlarına, o cümlədən seçicilərə təzyiqlər olduğunu da söyləyib.

ATƏT-in Müşahidə Missiyasının bir qrup uzunmüddətli və qısamüddətli müşahidəçiləri Naxçıvan Muxtar Respublikasında da parlament seçkisini müşahidə edəcəklər.

1 saylı Şərur-Sədərək seçki dairəsindən bildiriblər ki, İlyas Abdullayev namizədliyini geri götürmək barədə onlara heç bir məlumat verməyib. Dairədən digər sualları isə cavablandırmaq istəməyiblər.

Seçki dairəsində İlyas Abdullayevin alternativləri arasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG