Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:06

Nazirlər Dağlıq Qarabağ problemini müzakirə etdi


Azərbaycan və Türkiyənin müdafiə nazirləri Bakıda Dağlıq Qarabağ problemini müzakirə ediblər. Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Vecdi Gönül noyabrın 3-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşüb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Səfər Əbiyev bildirib ki, iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əlaqələr inkişaf etməkdədir, gələcəkdə də həmin prinsiplər əməkdaşlığın prioritetlərini təşkil edəcək.

Türk nazir də iki ölkə arasında digər istiqamətlərlə yanaşı müdafiə sahəsində əlaqələrin dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.
XS
SM
MD
LG