Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:53

Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limaninin təməli qoyulub


Prezident İlham Əliyev noyabrın 3-də Ələt qəsəbəsinin ərazisində Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin təməlqoyma mərasimində iştirak edib.

Liman kompleksinin layihəsini beynəlxalq tenderin qalibi olan Hollandiyanın “Royal Haskoning” şirkəti hazırlayıb.
Limanın dəniz hissəsində giriş kanalı və dönmə akvatoriyasında dibdərinləşdirmə və quru hissəsində infrastrukturun layihələndirilməsi işləri başa çatdırılıb. Hazırda limanda tətbiqi nəzərdə tutulan müasir kran, maşın və mexanizmlərin seçimi və müasir naviqasiya-rabitə sisteminin layihələndirilməsi üzrə işlər aparılır.

Liman kompleksinin tikintisi üçün 400 hektar ərazi ayrılıb. Tikinti 3 mərhələdə aparılacaq. Liman kompleksinin yükaşırma imkanı birinci mərhələdə 10 milyon tona qədər yük, 40 min TEU-ya qədər konteyner, ikinci mərhələdə 17 milyon tona qədər yük, 150 min TEU-ya qədər konteyner, üçüncü mərhələdə isə 25 milyon tona qədər yük və 1 milyon TEU-ya qədər konteyner olacaq.

Birinci mərhələnin inşa müddəti 3 il 6 ay nəzərdə tutulur.

AzərTAc xəbər verir ki, liman kompleksində beynəlxalq nəqliyyat-logistika mərkəzinin tikintisi də planlaşdırılır.
XS
SM
MD
LG