Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

Namizədlərin sayi, təhsil və yaş üzrə təşnifatı açıqlanıb


Mərkəzi Seçki Komissiyasının «Seçkilər» İnformasiya Mərkəzinin direktoru Ramil Hüseynov noyabrın 3-də «Media forum» saytına açıqlamasında deyib ki, 7 noyabr parlament seçkisində qeydə alınmış 738 namizəddən 53-ü geri çəkilib və mübarizəni 685 nəfər davam etdirir. Bu, 125 nəfərlik parlamentdə bir mandata 5,5 iddiaçı deməkdir.

Ramil Hüseynovun sözlərinə görə, namizədlərin 633-ü ali, 36-sı isə orta ixtisas, 15-i orta, 1-i natamam ali təhsillidir. 30 yaşadək 50, 31-40 yaş arası 108, 41-50 yaş arası 226, 51-60 yaş arası 229, yaşı 60-dan yuxarı olan 72 namizəd deputat olmaq istəyir.

Ən gənc namizəd 25 yaşlı Əfqan Binyətovdur. “Kapitalbank”ın Yardımlı filialında xəzinədar işləyən Əfqan Binyətov namizədliyini 72 saylı Yardımlı-Masallı seçki dairəsindən özü irəli sürüb. Ən qocaman namizədin - deputat Cəlal Əliyevin 82 yaşı var. O, hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi 62 saylı Saatlı seçki dairəsində mübarizə aparır.

Namizədlərin siyasi mənsubiyyətinə gəlincə, Ramil Hüseynov deyib ki, hələlik bu statistikanı aparmayıblar, namizədlərdən nə qədərinin partiya üzvü, nə qədərinin bitərəf olduğu bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG