Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

«Respublikaçılar» «Demokratlar»ı üstələyir


«Respublikaçılar» partiyası Nümayəndələr Palatasında, «Demokratlar» isə Senatda üstünlük əldə edib.

Noyabrın 2-də ABŞ Konqresinə aralıq seçkilər keçirilib. Son iki ildə zəif iqtisadi artım və işsizliyin səviyyəsindən narazılıq seçki nəticələrinə də təsirsiz ötüşməyib.

İlkin nəticələrə görə, «Respublikaçılar» 435 yerlik aşağı palatada Barak Obamanın «Demokratlar» partiyasından irəli çıxmaq üçün azı 59 yer çox qazanıb.

Üstünlükdə olmaq üçün «Respublikaçılar»a azı 39 yer lazım idi.

Nəticələrə görə, «Respublikaçılar» 100 üzvlük senatda «Demokratlar»ın azı 6 yerini ələ keçirə bilib. Bununla belə «Demokratlar»ın Senatda üstünlükdə olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG