Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:56

Cəzaçəkmə müəssisələrində azad seçkilər təmin ediləcək


«Cəza çəkənlərin parlament seçkilərində azad seçim etmələri, seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün bütün zəruri tədbirlər görülür və əvvəlki illərdə olduğu kimi, heç bir pozuntulara yol verilməyəcək».

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, general-leytenant Nazim Ələkbərov «Trend»ə müsahibəsində belə deyib. Onun bildirdiyinə görə, Penitensiar Xidmətin tabeliyində olan qurumlar üzrə 23 seçki məntəqəsi yaradılacaq. Həmin məntəqə seçki komissiyaları 14 seçki dairəsini əhatə edir.

Penitensiar Xidmət üzrə seçicilərin sayına gəldikdə isə, məhkumların sayının daim dəyişdiyindən bu say seçkilərə qısa müddət qalan bir vaxtda penitensiar müəssisələrdə təşkil olunmuş məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.

Nazim Ələkbərov bildirib ki, cəzaçəkmə müəssisələrində namizədlərin təbliğatı üçün seçki qanunvericiliyinə uyğun tam şərait yaradıldığını bildirib.
XS
SM
MD
LG