Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:00

Polis Qorbaçovun ortağının bankına hücum edib


Noyabrın 2-də Moskvada silahlı polis dəstəsi media maqnatı və bankçı Aleksandr Lebedevin sahib olduğu bankın baş ofisinə reyd edib.

Bankdan verilən məlumata görə 30 nəfərlik silahlı polis dəstəsi binaya girəndə Lebedevin özü də binada olub. Onlar bankın sənədləri ilə maraqlanıb.

Günün sonunda bankdan məlumat veriblər ki, polis 2008-ci ildə bankın müştərilərinin maliyyə əməliyyatları barədə sənədlərə baxıblar. Moskva polisinin mətbuat xidməti banka reydin olduğunu təsdiq etsə də detallı məlumat verməyib.

Levedev SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovla birlikdə müxalifətyönlü “Novaya Qazeta” qəzetinin sahibidir. Lebedevin şirkəti həmçinin Britaniyanın “British Evening Standard” və “The İndependent” qəzetlərinin sahibidir. Lebedev Rusiyanın Aeroflot və Gazprom şirkətlərində də paya sahibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG