Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:30

Merkelin ofisində şübhəli bağlama tapılıb


Almaniya rəsmiləri kansler Angela Merkelin Berlindəki ofisində poçtda şübhəli bağlama tapıldığını bildirirlər. Məlumata görə polis noyabrın 2-də onu tapanda kansler binada olmayıb.

Cinayətlər üzrə Federal Ofis bağlamanın yoxlmağa verildiyini bildirib.

Bu hadisə Afinada İsveçrə səfirliyi yaxınlığında partlayışın ardınca baş verib. Bir neçə ölkənin Yunanıstandakı səfirliklərinə ünvanlanmış partlayıcı dolu bağlamalar aşkar edilib.

Yunanıstan bir neçə gün əvvəl də səfirlikliklə belə bağlama göndərmək istəyən iki nəfəri saxlayıb. Rəsmilər onların ifrat solçu qrupun üzvləri olduqlarını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG