Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Medvedev Yaponiya ilə mübahisəli adalara səfərlərini davam etdirəcək


Rusiyanın Xarici İşlər naziri Sergey LAvrov bildirib ki, prezident Medvedev Yaponiya ilə mübahisə mövzusu olan o biri adalara da səfər edəcək. Bu barədə nazir Yaponiyanın öz səfirini müvvəqqəti Moskvadan geri çəkmək qərarını elan edəndən sonra məlumat verib.

Bir neçə gün əvvəl Dmitri Medvedevin dörd Kuril adasından birinə səfərindən qəzəblənən Tokyo noyabrın 2-də Rusiyadakı səfirini geri çağırıb. Amma Lavrov cavabında Tokyodakı səfirlərini geri çağırmaq niyyətində olmadıqlarını deyib.

Bu, rusların Kuril, yaponların Şimal əraziləri adlandırdıqları bu adalara bir Rusiya liderinin ilk səfəri idi.

Sovet ordusu 2-ci Dünya Müharibəsinin sonunda Kuril adalarını ələ keçirib, ancaq Tokio adaların Yaponiyanın ərazisi olduğunu iddia edir. Ərazi mübahisəsi Moskva və Tokio arasında müharibənin rəsmən başa çatdığına dair sülh müqaviləsinin imzalanmasına mane olub.

ABŞ bu mübahisədə Yaponiyanın mövqeyini müdafiə etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG