Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:15

Jurnalistlərin iddiası təmin edilmədi


Noyabrın 2-də Bakı Apelyasiya Məhkəməsində jurnalistlər - Elçin Həsənov, Əfqan Muxtarlı və Natiq Ədilovun Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə qarşı Səbail rayon Məhkəməsinin çıxardığı qərardan verdikləri apelyasiya şikayətinə baxılıb.

Jurnalistlər apelyasiya şikayətində göstəriblər ki, onlar keçən il mayın 10-da Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıblar. İddiaçılar Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamasına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün 39-cu Polis Bölməsinin qarşısında olarkən polislər onları döyüb.

Jurnalistlər polisin hərəkətinin qanunsuz hesab edilməsi xahişi ilə məhkəməyə müraciət ediblər. Səbail rayon Məhkəməsi bu il aprelin 2-də iddianı təmin etməyib. Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin həmin qərarını qüvvədə saxlayıb.
XS
SM
MD
LG