Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 18:14

Xadarkovskinin növbəti hökmü dekabrın 15-ə qaldı


Bu gün Moskvada məhkəmə keçmiş Yukos neft şirkətinin rəhbəri Mixail Xadarkovskiyə hökmün dekabrın 15-də elan ediləcəyini bildirib.

47 yaşlı Xadarkovski 2003-cü ildə saxlanıb. Onu saxtakarlıq və mənimsəmədə ittiham edərək səkkiz il müddətinə azadlıqdan məhrum ediblər. Amma insan haqları fəalları onun əslində o zamankı prezident Vladimir Putinə tənqidi münasibətinə görə bu cür ittihamlarla üzləşdiyini deyirlər.

Hazırda Xadarkovskini başqa işlə bağlı 25 milyard dollar mənimsəməkdə ittiham edirlər. Noyabrın 2-də özününü yekun çıxışında Xadarkovski məhkəmənin ona bəraət verəcəyini gözləmədiyini deyib.

Hakim bu ittihamı da haqlı sayda o, 2017-ci ilə qədər həbsdə qala bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG