Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:48













XAŞXAŞI ŞEİR


Qeyrətimiz azaldıqca
Heyrətimiz dikəlir,
Millətimiz qırıldıqca
Məmurumuz kökəlir.
Torpağımız kiçildikcə
Bayrağımız yekəlir.

Heykəlimiz, gümanımız,
Hekayəmiz, romanımız,
şeirimiz yekəlir.
Hər yerimiz inkişafda --
Ağzımız yekəlir,
Burnumuz yekəlir,
Başımız, qulaqlarımız,
dodaqlarıımız,
Ağzımızda dişimiz yekəlir.

Başımızda
Daşımız yekəlir.
Baş dözür, daş dözməyir,
Ovulur, xış-xış olur,
Ağrısa da baş-qulaq,
Dərin niyyət, qəlbi bayraq,
xoş-xoş olur,
Bitər bir gün
baş ağrısı, diş ağrısı,
Bəy ilə bostan əkmişik
Xaşxaşımız yekəlir.


ROMANLAR

milli kinofilmdən səhnə
Bir qız bir oğlan ilə
baş-başa roman yazır.
Partapart qələm-kağız,
qızışır, yaman yazr.

Sinə qalxır ilhama,
Qaşları kaman yazır.
At belində ox atır,
Amazon ceyran yazır.
Romanın ilk səhifəsi,
baxırsan, ağlın azır...

Stol üstə güldəstə,
Toyuq-qril, şampan hazır.
Sonluğu döşək üstə,
döşənib, güman hazır...
Yazılır sığallanır,
Uzanır nağıllanır.

Qız romanı bitəndə,
Oğlan ona təsnif üstə,
ox, uyur, mağıllanaır,
Öpür, təbrik eyləyir.
Qız deyir: "Söz nə gərək,
roman bitdi, evlənək!"

Bu kəlməni deyəntək,
Oğlanın dili pəltək
Vurur, coşur, çağlayır,
Şalvar yerinə pencək,
taxıb ayaq saxlayır.
Romanı redaktortək
Təzədən varaqlayır...

Gülü güldanla birgə
televizora nallayır.
Fil kimi hortumunu
Döşəməyə sallayır.
Cinə-şeytana dönür,
Başı-gözü qıllanır.
At kimi kişnəsə də
İt kimi ağıllanır...


SAĞLIQ

Qulaq as, bu sağlıqdır!
Gül olaq, bülbül olaq,
oğlumuz səfeh olmasın,
qızımız axmaq!
Vəssalam!

Götür bu arağı iç,
iç, iç, axırdək, sonadək.
Üstündən bu xiyarı dişlə,
bu tikəni götür, yağlıdır,
yağlı yeyir, kim ki ağıllıdır!

Boş şeydir xolesterin,
ürəyin istiyəni ye,
cöngəni, düyəni ye,
atı qızartdır tonqalda,
məzələn,
əvvəl yüyəni ye,
sonra quşqunu!

Mən bunu eləmişəm,
İsveçrə dağlarında, soyuq qış günü!
O iliki, turistləri,
aparmışdı qar uçqunu!
Bax onda,
həmən ili!
Kimi ağıllı deyir mən,
kimi dəli.
Dəlinin Koroğlusu olar,
Çənlibeli olar.
Mənimki bağ evidi.

Ev də yekə çıxmasın, çanaxdı,
içində bağa kimiyəm.
İç, dostim, iç,
gül olaq, bülbül olaq,
dünya fanidir,
bizə də qalmaz,
bu bağ, bu çanax!


QARIŞQA VƏ FİL

Uşaqlar və uşaqkimilər üçün

Meşədən Fil keçirdi,
Səsiz, qəfil keçirdi.
Yolunu düz tapmadı,
Bir balaca tapdadı,
Qarışqanın bığını,
Tutdurdu acığııını.
Qəzəbləndi qarışqa
Filə söylədi: "çuşqa!

İşə baxarsan indi,
Yoxa çıxarsan indi!
Vaxtın saat beşətən,
Çıx get bizim meşədən!
Yoxsa işin pis olar,
Ağzın-burnun ovular."
Fili də gülmək tutdu,
Sayıqlığı unutdu.

Qarışqanın bir sürü
Qahmarçısı var imiş,
Piyada gəzəni yox,
Hər biri süvar imiş.
Kimi milçək belində,
Qılçıq qılınc əlində,
Kimi çəyirtkə minmiş,
Qozdan zireh geyinmiş.
Mığmığanı nallayıb,
Ağcaqanadı çullayıb,
Hörümçəklər torunu
Kəmənd edib sallayıb,
Qızışıb bütün meşə,
Hamı hazır döyüşə.

Hucum çəkib cumur hey,
Qələbəni umur hey!
Ağacdələn səs salır,
Dovşan nağara çalır,
Nəstərəciklər dombalır,
Top gətirib hay salır.
Yaman vuruş olacaq,
Kimdə duruş olacaq!
Hər tərəf dostlar imiş,
Qarışqanın bir sürü,
Qahmarçısı var imiş!


FIRLANIR


Bu dünya bir dəyirmandı,
Gözümdə yaşı fırlanır.
Baxır gözümün yaşına,
Başıma naşı fırlanır.

Qəm donu biçdim əynimə,
Dəvələr baxar iynəmə,
Nə vaxtdır qonmaz çiynimə,
Çiyinimn quşu fırlanır.

Bahar ötdü, payız gəlir,
Ha pay versəm, pay az gəlir,
Dərylar da dayaz gəlir,
Dağların başı fırlanır.

Qoşaladım atdım zəri,
Tutdun neçə xanələri.
Nə oyundur, qalmaz biri,
Beş düşüb, şeşi fırlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG