Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:34

İranın nazir müavini Bakıda səfərdədir


İran İslam Respublikasının xarici işlər nazirinin müavini, prezidentin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Axundzadənin çərşənbə axşamı Bakıya səfəri başlayıb.

Hava limanında jurnalistlərə açıqlama verən Axundzadə bildirib ki, xarici işlər nazirlərinin Xəzər məsələləri üzrə müavinlərinin IV iclasında iştirak edəcək.

İclasda Xəzərdə təhlükəsizlik məsələləri müzakirə olunacaq və Xəzəryanı dövlətlərin prezidentlərinin zirvə görüşünün yekun bəyanatı hazırlanacaq.

Bəyanat noyabrın 18-də Bakıda Xəzəryanı dövlətlərin başçılarının sammitində qəbul olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG