Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:57

Gələn ay Xodorkovskiyə qarşı hökm oxunacaq


Rusiyanın keçmiş neft maqnatı Mixail Xodorkovskiyə qarşı dekabrın 15-də hökm oxunacaq.

47 yaşlı«YUKOS» neft şirkətinin keçmiş rəhbəri Xodorkovski 2003-cü ildə həbs edilib. Böyük məbləğdə vergidən yayınmada ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda isə onu irimiqyaslı oğurluqda, 25 milyard dollar mənimsəməkdə ittiham edirlər.

Əgər irəli sürülən ittihamlar sübut olunarsa o, 2017-ci ilədək həbsdə qalacaq.

Noyabrın 2-də məhkəmədə son sözlə çıxış edən Xodorkovski həbsxanada ölməkdən qorxmadığını deyib. O, bəraət almaq şansının olduğuna da inanmır.

Bir çoxları hesab edir ki, o, keçmiş prezident Vladimir Putini tənqid etdiyinə görə cəzalandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG