Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:30

Yaponiya Moskvadakı səfirini geri çağırıb


Yaponiya Moskvadakı səfirini müvəqqəti olaraq geri çağırıb. Səbəb Rusiya prezidenti Dmitri Medvedevin iki ölkə arasında mübahisəli hesab edilən adalarddan birinə səfər etməsidir.

Yaponiyanın Xarici İşlər naziri deyib ki, onlar səfirdən Medvedevin səfəri barədə ətraflı məlumat almaq istəyir.

Bu, Medvedevin rusların Kuril, yaponların isə Şimal ərazisi adalandırılan bölgəyə ilk səfəridir.

Sovet ordusu 2-ci Dünya Müharibəsinin sonunda Kuril adalarını ələ keçirib, ancaq Tokio adaların Yaponiyanın ərazisi olduğunu iddia edir.

Ərazi mübahisəsi Moskva və Tokio arasında müharibənin rəsmən başa çatdığına dair sülh müqaviləsinin imzalanmasına mane olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG