Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:40

Namizədin atası aclıq aksiyasını dayandırdı


Oktyabrın 31-də Şamaxıda aclıq aksiyasına başlayan Əzizbaba Fətullayev noyabrın 2-də aksiyanı dayandırıb. O, AzadlıqRadiosuna bildirib ki, aksiyanı səhhətində yaranan problemlər və dostlarının xahişinə görə dayandırıb.

Əzizbaba Fətullayev aclıq aksiyasına 85 saylı Şamaxı Seçki Dairəsində namizədliyi qeydə alınan oğlu Vəfalı Fətullayevin hüquqlarını pozulmasına görə başlamışdı. Əzizbaba Fətullayev iddia edirdi ki, yerli icra hakimiyyəti, Dairə Seçki Komissiyası onun oğlunun hüquqlarını pozur, yaxın qohumlarına hədə-qorxu gəlir.

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov deyilənləri təkzib etmişdi. 85 saylı Şamaxı Seçki Dairəsinin sədri Vahid Xanəliyev isə Vəfalı Fətullayevin görüş qrafiki barədə DSK-ya heç bir məlumat vermədiyini, onun qanunsuz görüşlər keçirdiyini, hüquqlarının pozulmadığını bildirmişdi.

Aclıq aksiyasını dayandırandan sonra Əzizbaba Fətullayev Şamaxıda baş verən qanun pozuntuları haqqında prezident İlham Əliyevə teleqram vurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG