Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:04

ABŞ-da aralıq seçkilər keçirilir


Noyabrın 2-də ABŞ Konqresinə seçkilər keçiriləcək. Aralıq seçkilər Barak Obamanın 4 illik prezidentlik dövrünün təxminən yarısına təsadüf edir.

Nümayəndələr Palatasının 435 üzvü və 100 senatdan 34-ü seçiləcək. Bu gün həmçinin 37 ştatda, o cümlədən Kaliforniya, Florida, Pensilvaniya, Texas, Nyu Yokr, Ohayoda yeni qubernator da seçiləcək.

Seçki qabağı rəy sorğuları göstərir ki, seçicilərin çoxu ABŞ iqtisadiyyatının ləng artımından və işsizliyin səviyyəsindən narazıdır.

Müşahidəçilər Prezident Obamanın Demokratlar Partiyasının Respublikaçılara məğlub olacağını ehtimal edir. Hazırda demokratlar Konqresin hər iki palatasına nəzarət edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG