Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:32

MSK sədri TV debatlarda səslənən təhqirlərə reaksiya verir


Məzahir Pənahov
Məzahir Pənahov
«Apardığımız maarifləndirmə işləri ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, namizədlər bir-birinə qarşı dözümlülük nümayiş etdirməlidirlər».

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov İctimai Televiziyanın efirində namizədlərin bir-birini təhqir etməsi ilə bağlı məsələyə münasibət aşıqlayarkən deyib.

M. Pənahov bildirib ki, kimsə hansısa səhvi edirsə, MSK bunu təqdir etmir:

«Heç kəsə də müstəsna hüquq verilmir ki, kiminsə çıxışına qarşı xüsusi emosional mövqe nümayiş etdirsin. Hər bir namizəd öz çıxışına özü cavabdehdir. Hansısa namizəd qanunları pozubsa, zərərçəkən tərəf özü aidiyyəti qurumlara müraciət etməlidir. Hüquq-mühafizə orqanları var, bu məsələlərin tənzimlənmə mexanizmləri mövcuddur. Hər bir halda MSK efirdə, ictimaiyyətin gözü qarşısında qeyri-etik hərəkətləri qəbul etmir. Pozuntular varsa, bunun həllinin başqa sivil üsulları da var».

Oktyabrın 30-da İctimai Televiziyanın pulsuz efir vaxtı 33 saylı Xətai Birinci Seçki Dairəsindən qeydə alınmış namizədlər – Hüseynbala Mirələmov (YAP) və Fuad Qəhrəmanlı («AXCP-Müsavat» seçki bloku) söyüşlərlə bir-birini təhqir edib. / APA /

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG