Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

Sarkoziyə partlayıcı bağlama göndərmək istəyənlər tutulub


Noyabrın 1-də Afina polisi bildirib ki, Fransa prezidenti Nikola Sarkozi və Yunanıstandakı dörd ölkənin səfirliyinə partlayıcı maddə dolu bağlama göndərən dörd nəfəri saxlayıb.

Polisin məlumatına görə tutulanlardan biri Yunanıstanda siyasətçilərin ofislərini və evlərini yandırmağa çalışan müəmmalı qrupun üzvüdür.

Bağlamalardan biri Meksikanın Afinadakı səfirliyinə ünvanlanıbmış. Amma bağlamanı daşıyan şirkətin ofisində o alışıb və şirkətin qadın işçilərindən biri yaralanıb.

Nikola Sarkozi və Belçika səfirliyinə göndərilmək üçün hazırlanan daha iki partlayıcı maddə gizlədilmiş bağlamanı isə polis saxlananaların özlərindən götürdüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG