Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:31

Aslan İsmayılovun plakatlarını cırıblar


Aslan İsmayılovun plakatlarını cırıblar
Aslan İsmayılovun plakatlarını cırıblar
Deputatlığa namizəd Aslan İsmayılov qərargahına hücum olunduğunu deyir

Naməlum şəxslər 20 saylı Nərimanov II seçki dairəsindən Milli Məclisə namizəd, vəkil Aslan İsmayılovun seçki qərargahlarına oktyabrın 29-da və 30-da gecə yarı hücum ediblər.

Bu barədə AzadlıqRadiosuna məlumat verən namizəd deyib ki, onun seçki qərargahının ikisinin də qarşısındakı təbliğat-təşviqat plakatlarının hamısını yararsız hala salıblar:

“Oktyabrın 29-u gecə qərargahımın qarşısındakı bütün şəkilləri plakatları cırıb atıblar. Bu gecə isə Həsənoğlu 21-də yerləşən qərargahıma eyni cür hücum olub. Böyük portretimin və digər təbliğat – təşviqat materiallarımın hamısının üstünə mürəkkəb atıblar”.

Aslan İsmayılov deyib ki, birinci hücumun video-görüntüləri naməlum şəxs tərəfindən çəkilərək qərargaha göndərilib.

Namizəd məsələ ilə bağlı hüquq mühafizə orqanlarına və MSK-ya müraciət edib. Deyir ki, xahişi və tələbi günahkarların noyabrın 5-dək müəyyənləşdirilməsidir.

DİN QƏRARGAHA HÜCUM OLMADIĞINI DEYİR


Namizəd düşünür ki, əgər həmin vaxtadək nəticə olmasa, bu işin arxasında duranlar seçki günü məntəqə seçki komissiyasında da qanunsuzluqlara yol verəcəklər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, oktyabrın 30-da Aslan İsmayılov plakatlarin cırılması ilə bağlı polisə müraciət edib:

“Artıq Nərimanov rayon polisi həmin əməli törədən şəxsləri müəyyənləşdirərək onların məsuliyyətə cəlb olunmaları barədə tədbirlər görüb. Aslan İsmayılovun qərargahına hücumdan isə heç bir halda söhbət gedə bilməz”.
XS
SM
MD
LG