Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:06

Öldürülmüş generalın köməkçiləri haqqında hökm oxunub


Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə 2009-cu ilin fevralında qətlə yetirilmiş müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin həbsdə olan köməkçisi Aydın Rəfiyev, onun oğlu Anar Rəfiyev və yavəri Anar Haşımova hökm oxunub.

Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, Anar Həşimov 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham materiallarına əsasən, generalın köməkçisi və yavəri Rail Rzayev qətlə yetiriləndən dərhal sonra qanunsuz olaraq onun iş otağına girib. Oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Rail Rzayev 2009-cu il fevralın 11-də evinin yaxınlığında qətlə yetirilib. Qətlin üstü hələ də açılmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG