Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:09
Nobel mükafatlı Kolumbiya yazıçısı Qabriel Qarsia Markes yeni roman üzərində işləyir.

Roman “Avqustda görüşəcəyik” adlanır.

Məlumatı Frans-press agentliyi yayıb.

Markesin “Random house” nəşriyyatındakı redaktoru Kristobal Pera Mexiko şəhərində - yazıçının nitqlərindən ibarət olan və oktyabrın 29-da çap edilmiş yeni kitabının təqdimat mərasimində onu da deyib ki, Markes indi çox məşğuldur, yeni romanı üzərində işi bitirməkdədir.

Hələ ki romanın çap tarixi müəyyən edilməyib.

Yazıçının özü təqdimat mərasimində iştirak etməyib.

Pera yazıçının səhhəti haqda sualın cavabında deyib: "Onun vəziyyəti yaxşıdır - xərçənglə mübarizədən məğlub çıxmayan 83 yaşlı bir adamdan gözləyə biləcəyimiz qədər yaxşıdır".

Markesin sonuncu bədii əsəri olan “Mənim kədərli fahişələrim” 2004-cü ildə çap edilib.

Şərhləri göstər

XS
SM
MD
LG