Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:08

Türkiyənin müdafiə naziri Bakıya gəlir


Türkiyənin müdafiə naziri Vecdi Könül noyabrın 2-4-də Azərbaycanda səfərdə olacaq. Bu barədə Turana Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərin təfərrüatları açıqlanmır.

Səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir. Vecdi Könül Azərbaycanın hərbi və siyasi rəhbərliyi ilə görüşəcək.

Türkiyə uzun illərdir ki, Azərbaycanın əsas hərbi tərəfdaşıdır. İki ölkə arasında çoxsaylı sazişlər və müqavilələr imzalanıb.

Son vaxtlar qeyri-rəsmi mənbələr Naxçıvanda Türkiyə hərbi bazasının yaradılacağının mümkünlüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG