Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:31

Azərbaycanla Çin arasında hərbi məsələlər müzakirə olunub


Azərbaycanın müdafiə naziri Səfər Əbiyev oktyabrın 25-29-da Çində rəsmi səfərdə olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

S.Əbiyevin Çin Xalq Azadlıq Ordusunun Baş Qərargah rəisi Çen Binde ilə görüşündə iki ölkə arasında hərbi-siyasi münasibətlər, regiondakı vəziyyət müzakirə edilib. Hərbi təhsil sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.Əbiyev Azərbaycanın ərazi bütövlüyünü tanıdığına və verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkürünü bildirib. “Azərbaycan da Tayvan problemi ilə bağlı Çini dəstəkləyir”, - deyə, nazir bildirib.

Azərbaycanın müdafiə nazirinin Çinın “NORİNCO” və “POLİ” şirkətlərinin rəhbər heyətləri ilə görüşündə ona şirkətlərin istehsal etdiyi avadanlıqlarla bağlı məlumat verilib. Nazir Azərbaycanın Çinlə geniş hərbi əməkdaşlıqda maraqlı olduğunu bildirib.


Səfər Əbiyev Azərbaycanın işğala məruz qaldığını və torpaqların mütləq azad ediləcəyini bildirib: “Sülh danışıqları nəticə verməzsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün imkanlardan, o cümlədən ordunun gücündən istifadə edəcək. Bunun üçün Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işləri aparılır”.

S.Əbiyev Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin 24-cü diviziyasına da baş çəkib.

Nazirin Çinın Mərkəzi Hərbi Şürasının sədr müavini Siyuy Tsayxou ilə görüşündə də Çinlə Azərbaycanın hərbi sahədə əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG