Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:02

İstanbulda törədilmiş partlayışda azı 32 nəfər yaralanıb


Son məlumata görə, İstanbulun mərkəzində törədilmiş partlayışda azı 32 nəfər yaralanıb.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, intiharçı cümə günü Respublika gününün qeyd olunduğu meydanda özünü partladıb.

İstanbulun qubernatoru Hüseyin Evni Mutlu xəsarət alanlardan 15-nin polis, qalanlarının isə mülki şəxslər olduğunu deyir.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə sülhə və təhlükəsizliyə əngəl olacaq münaqişənin düşməsinə imkan verilməyəcəyini bildirib.

Polis hadisə yerini mühasirəyə aldıqdan sonra meydanda daha bir partlayıcı qurğu aşkar edilib.

Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG