Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:37

Salyanda namizədlərin plakatları yığışdırılır


Salyanın küçə və prospektlərinə yapışdırılan bütün plakatların və təşviqat materiallarının yığışdırılmasına başlanılıb.

59 saylı Salyan Dairə Seçki Komissiyasının sədri Səlamət Kərimov deyir ki, plakatlar müvəqqəti yığışdırılır:

“Yol boyu plakatlar vurulub. Cənab prezidentin rayona səfəri nəzərdə tutulub. Ona görə də küçə və prospektlərdən, mağazalardan və təbliğat materialları üçün nəzərdə tutulmayan bütün yerlərdən şəkillər, plakatlar yığışdırılır”.

Səlamət Kərimov deyir ki, təşviqat və təbliğat materiallarının yayımı üçün nəzərdə tutulan yerlərdən başqa, bütün ərazilərdə plakatların yığışdırılması ilə bağlı namizədlərə xəbərdarlıq edilib.
XS
SM
MD
LG