Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən qəza baş verib


APA agentliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə istinadla verdiyi məlumata görə, hadisə şənbə günü saat 16.30-da yolun 37-ci km-də, Abşeron rayonu ərazisində baş verib.

Qəbələ rayon sakini, 1964-cü il təvəllüdlü Ağayev Vəzir Əhmədiyyə oğlunun idarə etdiyi, “Ford” markalı, 36 BD 215 dövlət nömrə nişanlı mikroavtobus qarşı tərəfdən gələn, Bakı sakini, 1984-cü il təvəllüdlü Həsənov Teymur Mətləb oğlunun idarə etdiyi VAZ-21115 markalı, 90 SM 805 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə Teymur Həsənov ölüb, mikroavtobusdakı sərnişinlərdən üçü isə yüngül xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG