Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:51

İstanbulun mərkəzində partlayış törədilib


Son məlumata görə, İstanbulun mərkəzində törədilmiş partlayışda 15 nəfər yaralanıb.

Yaralılardan ikisi ağır vəziyyətdədir.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, partlayışı intiharçı törədib.

Xəsarət alanlardan 9-u polis, 6-sı isə mülki şəxslərdir.

Partlayış şəhərin gur rayonlarından birində törədilib.

Polis hadisə yerini mühasirəyə alıb, istintaq gedir.
Partlayışa görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
XS
SM
MD
LG