Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:22

ABŞ-a partlayıcı göndərməkdə şübhəli bilinən qadın saxlanıb


Yəmənin təhlükəsizlik xidməti Birləşmiş Ştatlara iki bağlamada partlayıcı qurğu göndərməkdə şübhəli bilinən qadının yaxalandığını xəbər verir.

Qeyd edək ki, bağlamalar Birləşmiş Ştatlara yük aparan nəqliyyat təyyarələrində aşkar edilib.

Onlardan biri Böyük Britaniyada, digəri isə Dubayda qısa müddətə yerə enərkən yoxlanılıb.

Yəmən prezidenti Əli Abdulla Saleh ölkəsinin digər tərəfaşlarla birlikdə Əl Qaidəyə qarşı mübarizəni davam etdirəcəyini bildirib, amma qeyd edib ki, heç kim əl-qaidəçilərin təqib edilməsində ölkənin daxili işinə qarışmamalıdır.

Böyük Britaniya ilə Fransa Yəməndən müşaiyətsiz gətirilən yüklərin ölkəyə buraxılmamasını göstəriş veriblər.

Həmçinin Birləşmiş Ştatların poçt xidməti Yəməndən gələn bağlama və zərflərin qəbulunu müvəqqəti dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG