Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:24

Rusiya Vyetnamda atom elektrik stansiyası tikəcək


Moskva ilə Hanoy Vyetnamda ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı müqavilə imzalayıblar.

Layihə 5,6 milyard dollar dəyərindədir.
Sənəd Rusiya prezidenti Dimitri Medvedevin Vyetnama səfəri zamanı imzalanıb.

Müqaviləyə əsasən 2014-cü ildən başlayaraq, 3-5 il ərzində Vyetnamda iki nüvə reaktoru tikilməlidir.

Frans Press agentliyinin məlumatına görə, ümumiyyətlə Vyetnam yaxın 20 il ərzində 8 nevə obyekti tikməyi planlaşdırır.
“Rosatom” un rəhbəri Sergey Krienko bu müddətin tam real olduğunu deyir.

Rusiya prezidentinin Vyetnama səfəri zamanı həmçinin digər sahələrdə əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb.
Vyetnam prezidenti Hquen Min Çiet bildirib ki, Hanoy Rusiya, Belarus və Qazaxıstanın daxil olduqları gömrük ittifaqı ilə Vyetnam arasında azad dicarət zonası yaradılmasını istəyir

Günün bütün mövzuları

XS
SM
MD
LG