Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26
GƏLƏCƏYİN BÖYÜK SƏNAYESİ TUALETDİR

Bu yaxınlarda konfransların birində zalda olanlardan ən varlı və ən ağıllısı – Bill Qeyts yaxın gələcəyin böyük sənayesindən danışıb. Sizcə o gələcəkdə nəyin böyük sənayeyə çevriləcəyini deyib? Tualetlərin! Müxtəlif tualetlər, məsələn, həkimə analizi dərhal göndərən internetə genişzolaqlı giriş imkanı olan mərmər aparatlı və ya suyu qənaətlə işlədən zahidanə tualetlər.

“Biz tualetlərə həddən artıq az kapital qoyuruq və nəticədə bu işlə intellektual səviyyəsi yüksək olan insanlar məşğul olmalı olurlar” – Bill Qeyts belə deyib.

MİLYARDER OLMAQ İSTƏYƏNİN İNTELLEKTİNİ ARTIRMAQ GƏRƏK

Qeyts həmişə intellekt əmsalına maraq göstərib. “Microsoft”un rəhbəri kimi o, öz işçiləri ilə intellektual səviyyə mövzusunda elə müzakirələr aparıb, rahatca bu barədə danışıb ki, sanki futbol məşqçisi sonuncu 100 metrənin nəticəsi barədə fikir bildirir.

Qeyts haqlıdır. Çünki bugünkü iqtisadiyyat, iqtisadi biliklər dərin intellekt tələb edir.

YENİ NƏSİL

İndi yeni nəsil yaranıb – həddən artıq ağıllı adamlar nəsli. Bu gün milyarder olmağın ən etibarlı yolu da yüksək intellektual səviyyəyə malik olmaq və riyaziyyat üzrə imtahan suallarının 99 faizini həll etmək iqtidarında olmaqdır. Bill Qeytsin özü, o cümlədən “Google”nin yaradıcıları Serqey Brin və Larri Peyj, “Facebook”un yaradıcısı Mark Tsukerberq məhz bu sıradandırlar, internet, biotexnologiya və birja alqoritmləri hesabına varlanıblar.

“Facebook”un yaradıcısı Mark Tsukerberq
Bundan sonra yeni yaradılan trillion dollarlıq sənaye intellektin stimulyasiyası vasitələri üzərində qurulacaq. Bu vasitələr heç də yalnız həb və ya qida əlavələrindən yox, həm də artıq bizim üçün adi vasitələrə çevrilmiş şeylər, məsələn, smartfonlar, internet-axtarış və ya məlumat bazasından ibarət ola bilər.

Bu tendensiya heç də dünəndən başlamayıb, sadəcə böhranın dərinləşməsi ilə daha gözəçarpan olub. Müştəriyə “Sizə indi cavab verə bilmərəm, bir qədər gözləyin” deyən satış menecerinin işi artıq ləng görünür. Və ya məhz beyində yaranan tıxac bəzən işə qəbul müsahibəsini iflasa uğradır ki, bu da çox məyusedicidir.

İNSANLAR XƏRCƏ DÜŞMƏYƏ HAZIRDIRLAR


Sizə sübut lazımdır ki, insanlar intellekti gücləndirən stimulyatorlara pul xərcləyəcəklər? İdmana fikir verin. Biz çox yaxşı bilirik ki, söhbət puldan və şan-şöhrətdən gedəndə dopinq vazkeçilməz dərəcədə cəlbedici olur.

Bu gün Red Bull dəbdədir, sabah da intellektual səviyyəni qaldıran, yaddaşı yaxşılaşdıran və yaradıcı enerji verən həblər dəbə minə bilər. Beyin üçün viaqra da istisna deyil.

Həddən artıq ağıllı insanlar əsrində hamı başa düşür ki, təkcə biznesdə uğur yox, elə ölməyib həyatda qalmağın özü də yüksək intellekt, yaradıcılıq potensialı və enerji tələb edir. Belə olan halda isə insanlar buna görə xərcə düşməyə hazırdılar.

/Məqalə “Forbes” jurnalındandır. Tərcumı edəni Ülkər Akifqızı/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG