Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06

Sarkozinin Azərbaycana səfəri gözlənilir


Fransa prezidenti Nikola Sarkozinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfəri gözlənilir.

Bu barədə ANS-ə müsahibəsində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bildirib.

Diplomatın sözlərinə görə, hazırda səfərə hazırlıq işləri görülür.

O, qeyd edib ki, səfər zamanı həmsədr ölkə kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu, Fransanı bu prosesdə təmsil edən Bernar Fasyenin fəaliyyəti danışıqlar zamanı müzakirə ediləcək məsələlərdən biri olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG