Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:04

Ümumrespublika seçkiləri yoxsa «Seçki pavilyonu»?


Məhərrəm Zülfüqarlı
Azərbaycanda parlament seçkilərinə artıq bir həftə qalıb. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və «Demokratiyanı Öyrənmə» İctimai Birliyinin sədri Mirəli Hüseynov seçkiöncəsi şəraiti dəyərləndirirlər.

MÜXALİFƏTİN RESURSLARI TÜKƏNİB…

MƏHƏRRƏM ZÜLFÜQARLI:

«Əvvəlki parlament seçkiləri ilə müqayisədə indi proseslər sakit, konstruktiv məcrada davam edir. Bunun bir səbəbi müxalifətin radikallıqdan əl çəkməsindədir. Üstəlik, indi müxalifətin əvvəlki seçkilərlə müqayisədə resursları çox zəifdir. Siz təsəvvür edin, «AXCP-Müsavat» blokuna daxil olan partiyaların namizədlərinin sayı heç 40-a çatmadı. İndi kimsə bunu hakimiyyətin təzyiqləri ilə izah edə bilər. Ancaq bu belədirsə, onda hakimiyyət heç müxalifət partiyalarının rəhbərlərini də seçkiyə buraxmazdı. Gerçəklik ondan ibarətdir ki, 2005-ci illə müqayisədə müxalifətin regionlardan verdiyi namizədlər çox zəifdirlər…».

«SEÇKİ PAVİLYONU»

Mirəli Hüseynov
MİRƏLİ HÜSEYNOV:

«Azərbaycanda proseslər təbii axarı ilə getmir. Əslində, proseslər idarə edilir. Sanki ölkədə seçki pavilyonu yaradılıb və seçkilərə yönəlik hər şey onun daxilində baş verir. Üstəlik, bu seçki pavilyonunda baş verənlərlə real həyat arasında böyük fərq var. Elə bil kinopavilyonlarda olduğu kimi, bu seçki pavilyonunda da kimlərsə öz rollarını oynayır. Bəli, müxalifət zəifdir. Ancaq onu bu kökə hakimiyyət salıb. 2008-ci ildə qanunvericiliyə edilən dəyişikliklərdən sonra namizədin qeydiyyatının ləğv edilməsi xeyli çətinləşib. Bu dəfə ona görə bəri başdan təzyiqləri gücləndirib qeydiyyat mərhələsini çətinləşdirdilər. Nəticədə çoxları heç qeydiyyata alınmadı. Halbuki, 2005-ci il parlament seçkilərində qeydiyyat mərhələsində problemlər yaşanmamışdı. Sadəcə, sonradan 500-ə yaxın bitərəf namizədi təzyiqlər yolu ilə geri çəkilməyə məcbur etmişdilər…».

Şərhləri göstər

XS
SM
MD
LG