Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:39

Hücum zamanı azı 30 yaraqlı öldürülüb


Əfqanıstandakı NATO qüvvələri Paktika əyalətində talibançıların hərbi məntəqəyə hücumunu dəf edərkən azı 30 yaraqlı öldürülüb.

Bu barədə koalisiya qüvvələrinin komandanlığı xəbər verir.

Məlumata görə talibançılar hərbi məntəqəni qumbara və minaatanlardan atəşə tutublar.

Nəticədə 5 koalisiya əsgəri yaralanıb.

Əsgərlər aviasiyanı köməyə çağırıblar.

Talibançılar isə Reuters agentliyinə 6 hərbi məntəqəni ələ keçirildiklərini və düşmənin ağır itki verdiyini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG