Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:35

ABŞ-la Rusiya Əfqanıstanda birgə reyd keçiriblər


Əfqanıstan prezidenti Həmid Kərzai Birləşmiş Ştatlarla Rusiyanın bu günlərdə narkotik qaçaqçılığına qarşı birgə əmıliyyat aparmaları ilə bağlı yayılmış məlumata aydınlıq gətirilməsini tələb edib.

Kərzai NATO komandanlığına bildirib ki, əməliyyat Əfqanıstan rəhbərliyinin icazəsi olmadan keçirilib və bu yolverilməz haldır.

Əməliyyat barədə Rusiyanın narkotiklərə nəzarət idarəsinin rəhbəri Viktor İvanov cümə günü Moskvada keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı 250 milyon dollar dəyərində olan 1 tona yaxın heroin və morfi müsadirə edilib.
XS
SM
MD
LG