Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:33

Yəməndə əl-qaidəçilərin axtarışı gedir


Yəməndə poctla Birləşmiş Ştatlara partlayıcı bağlama göndərməkdə şübhəli görünən əl Qidəçilərin axtarışı gedir.

Həmçinin ölkənin hava və dəniz limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Cümə günü Yəməndən Birləşmiş Ştatlara uçan iki yük təyyarəsindən tapılan bağlamalar Çikaqodakı 2 yəhudi icmasının ünvanına göndərilibmiş.

Təyyarələrdən biri qısa müddətə Böyük Britaniyada, digəri isə Dubayda yerə enərkən yoxlanılıb.

ABŞ prezidenti Barak Obama bunun real terror təhlükəsi olduğunu deyib.
XS
SM
MD
LG