Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Sabiq polis rəisi Natiq Əfəndiyev azadlığa çıxıb


Oktyabrın 30-u Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Natiq Əfəndiyev azadlığa çıxıb.

N. Əfəndiyev 2005-ci ildə dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Sonradan isə bu ittiham onun üzərindən götürülüb və Cinayət Məcəlləsinin 228.2-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. N. Əfəndiyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq polis rəisi bundan öncə 2000-ci ilin yanvar ayında həbs edilmişdi.

2005-ci ilin mart ayında əfv fərmanı ilə azadlığa çıxan N.Əfəndiyev bir neçə aydan sonra yenidən həbs olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG