Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:58

«Seçki kampaniyası KİV-də yetərincə işıqlandırılmır»


 Hesabat 2010-cu il oktyabrın 16-dan 26-na qədər olan dövrü əhatə edir
Hesabat 2010-cu il oktyabrın 16-dan 26-na qədər olan dövrü əhatə edir
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda seçkiqabağı kampaniya haqqında ikinci aralıq hesabatını açıqlayıb.

Hesabat 2010-cu il oktyabrın 16-dan 26-na qədər olan dövrü əhatə edir.

Hesabatda deyilir ki, MSK fəal iş aparır, seçiciləri, aşağı komissiyaları və polisi maarifləndirir, həmçinin seçici siyahılarının dəqiqləşdirilməsi üçün ciddi səylər göstərir.

Hesabatda həmçinin bildirilir ki, «Dairə seçki komissiyaları qeydə almaqdan imtina qərarlarını əsasən namizədlərin lehinə toplanmış imzaların yoxlanması nəticəsində veriblər. Bir çox imzalar şəxsiyyət vəsiqəsinin müddəti keçdiyinə görə etibarsız sayılıb. Missiya hesab edir ki, bu yanaşma namizədin qeydə alınmasından imtina üçün əsas sayıla bilməz».

Bundan başqa, missiyaya namizədlərə imza vermiş vətəndaşlara və onların qohumlarına təsir edilməsi ilə bağlı məlumatlar daxil olub.

Hesabatda qeyd olunur ki, seçki kampaniyasının kütləvi informasiya vasitələrində işıqlandırılması yenə də məhdud xarakter daşıyır:

«İctimai Televiziya namizədlərin iştirakı ilə debatlar keçirən yeganə ümummilli kanaldır, burada bütün namizədlərə 4 dəqiqə pulsuz efir vaxtı ayrılıb...

«AzTV»nin televiziya reportajlarında hakimiyyətin fəaliyyəti yalnız müsbət tərəfdən işıqlandırılır, müxalifət isə yalnız mənfi tərəfdən yada salınır».

Üstəlik, müşahidə missiyasına görə, hakimiyyət açıq havada namizədlərin seçicilərlə görüşü üçün kifayət qədər yer ayırmayıb.

Aralıq hesabatda o da bildirilir ki, oktyabrın 25-dən başlayaraq MSK daxil olan 224 şikayəti araşdırıb:

«MSK 42 şikayəti təmin edib... Bakı Apellyasiya Məhkəməsi namizədliyin qeydə alınmaması ilə bağlı 50-dən artıq şikayətə baxıb və onların hamısını rədd edib».

Hesabatda həmçinin, müxalifət qəzetinin direktorunun iştirakı ilə çəkilmiş intim səhnələrin «Lider» telekanalında nümayişi faktı da əksini tapıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG