Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:46

ABŞ rəsmisi Talibanın siyasətinin dəyişmədiyini deyir


Birləşmiş Ştatların Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk bildirib ki, hazırda Talibanın siyasətinin dəyişməsindən danışmaq olmaz.

Əfqanıstandan qayıdan Holbruk Vaşinqtonda jurnalistlərlə görüşdə qeyd edib ki, rəsmi Kabil və yerli hakimiyyətlərin nümayəndələri ilə görüşmək istəyən talibançılar, liderləri Molla Məhəmməd Ömərin ideologiyası ilə razılaşmayan şəxslərdir.

Ona görə də hələlik Taliban rəhbərliyi ilə Həmid Kərzai hökuməti arasında dialoqa apara bilən əlaqələrdən danışmaq tezdir.
XS
SM
MD
LG