Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Partlayıcı bağlamalar yəhudi icmalarına göndərilibmiş


Yəmənin hakim dairələri bu ölkədən Birləşmiş Ştatlara 2 bağlamada partlayıcı qurğu göndərilməsilə bağlı istintaqa başlayıb.

Cümə günü Yəməndən Birləşmiş Ştatlara uçan iki yük təyyarəsindən tapılan bağlamalar Çikaqodakı 2 yəhudi icmasının ünvanına göndərilibmiş.

ABŞ prezidenti Barak Obama bunun real terror təhlükəsi olduğunu bildirib və qeyd edib ki, Vaşinqton bütün səylərini Əl Qaidənin Yəməndəki qanadının zərərsizləşdirilməsinə yönəldəcək.

Təyyarələrdən biri qısa müddətə Böyük Britaniyada, digəri isə Dubayda yerə enərkən yoxlanılıb.
XS
SM
MD
LG